“Corona” pivə brendinin yaradıcısı, milyarder Antonino Fernandes İspaniyanın şimalında yerləşən doğma kəndinin sakinlərinə 209 milyon dollar bağışlayıb.
Modern.az xarici mediaya istinadən bildirir ki, Antonino Fernandes Seresales del Kondado kəndində 1917-ci ildə doğulub.
13 uşaqdan 11-cisi olan onun ailəsi kasıb şəraitdə yaşayıb, bu səbəbdən gələcək biznesmen hətta məktəbdə oxumaqdan ayrılıb.
Antoninonun 32 yaşı olanda doğmları ilə birgə Meksikaya mühacirət edib,orada da kareyarasına başlayıb.
Antonino Fernandes Grupo Modelo pivə bişirmə şirkətinin baş direktoru olub, tanınmış filantropdur.
Fernandes 2016-cı ilin avqust ayında 98 yaşında vəfat edib. O, ölməmişdən əvvəl varidatından 209 milyon dolları İspaniyadakı doğma kəndinin bütün sakinləri arasında bölüşdürülməsini vəsiyyət edib.
Hazırda Seresales del Kondado kəndində 80 nəfər yaşayır. Beləliklə, milyarderin hər bir kəndlisinə 2, 6 milyon dollara yaxın düşür.
Modern.az