Modern.az

Əməkdar jurnalistin "Doktor İbrahim Yıldırım" adlı kitabı çıxdı

Əməkdar jurnalistin "Doktor İbrahim Yıldırım" adlı kitabı çıxdı

25 Noyabr 2016, 13:43

Əməkdar jurnalist Hikmət Xudiyevin (Cəmilzadə) İstanbul Universitetinin professoru, dünya şöhrətli plastik cərrah, görkəmli elm adamı, tarixi - etnoqrafik araşdırmalar müəllifi  İbrahim Yıldırımın səksən illik yubileyi münasibəti   növbəti kitabı işıq üzü görüb.

 

"Doktor İbrahim Yıldırım" adlı kitabda müəllif soy-kökü Qazax rayonuna bağlı olan professor İbrahim Yıldırımın  ulularının XIX əsrin sonlarında  çar imperiyasının   milli azlıqlara verdiyi zülmdən - məşəqqətli bir həyatdan can qurtarmaq üçün yüzlərlə, minlərlə soydaşımız ata-baba yurdlarını tərk etmək məcburiyyətində qalmalarından, Türkiyənin Amasya vilayətində məskunlaşmalarından tarixi faktlar əsasında məlumat verir. Kitabda 1936-cı il noyabrın 20-də Türkiyədə - Amasya vilayətinin 7 rayonundan biri olan Merzifonda  doğulmuş İbrahim Yıldırımın uşaqlıq illəri,  ibtidai və orta təhsil alması,  Azərbaycan əsilli - Molla Vəli Vidadinin və Molla Pənah Vaqifin nəticəsi olan Fiqən xanımla ailə qurması,  İstanbul Universitetinin tibb fakültəsində təhsil illəri, həmçinin elmin zirvələrini fəth edərək Avropanın aparıcı ali təhsil və tibb müəssisələrində ixtisasını artırması, cərrah kimi fəaliyyət göstərməsi və nəhayət İstanbul Universitetinin Cərrahpaşa tibb fakültəsində həkimlik fəaliyyəti haqqında ətraflı məlumat verilir.

 

Kitabda müstəqilliyimizin ilk illərində Qarabağ savaşında yaralanmış döyüşçülərimizin müalicə olunmasında, ölkəmizə dərman ləvazimatlarının gətirilməsində, ağır yaralıların xarici ölkələrdə müalicə almasında,  ölkəmizin səhiyyəsinin inkşafı, xüsusən də  tibb kadrlarının hazırlanması məqsədi ilə azərbaycanlıların Türkiyənin ali təhsil ocaqlarında təhsil alması üçün gənc həkimlərimizə professor İbrahim Yıldırımın xidmətlərindən geniş bəhs olunur. 

 

"Doktor İbrahim Yıldırım"   kitabında dünya şöhrətli cərrahın   gərgin elmi axtarışları sayəsində neçə-neçə parlaq zəkalı Azərbaycan əsilli soydaşlarımızın  Türkiyədəki fəaliyyətinin araşdırılmasından, "Azərbaycandan Amasyaya daşınan türk kültürü və şirvanlılar", «Baş üstündə bir kitabın olması», "Türkiyədə Azərbaycan kültürü", "İstanbul Universitetini bitirmiş azərbaycanlılar", “Amasya araşdırmaları” və s. əsərləri yazaraq orta əsrlərdən üzü bəri Türkiyəyə köç etmiş yurddaşlarımızla bağlı sanballı kitablarından geniş söhbət açılır.

 

Modern.az

 

          

          

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI