Modern.az

Türkiyədə prezident və parlament seçkilərinin VAXTI

Türkiyədə prezident və parlament seçkilərinin VAXTI

Dünya

25 Noyabr 2016, 14:03

Türkiyədə prezident və parlament seçkiləri 2019-cu ildə keçiriləcək.

 

Modern.az xəbər verir ki, bunu TRT-yə müsahibəsində Türkiyənin baş naziri Binəli Yıldırım deyib.

 

O bildirib ki, yeni konstitusiya ilə bağlı parlamentdəki işlər 2017-ci ilin yanvarın sonunadək tamamlanacaq.

“Çünki koalisya hökumətinin yaranması narahatlığını yaşamamaq üçün Türkiyədə bir partiyanın hakimiyyətini təmin edəcək sistemə ehtiyac var”.

 

Baş nazir həmçinin  prezident və parlament üzvlərinin səlahiyyət müddətinin 5 il olacağını da qeyd edib.

 

Mirmahmud KAZIMOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU