Modern.az

Özbəkistanda prezident seçkiləri başlayıb

Özbəkistanda prezident seçkiləri başlayıb

25 Noyabr 2016, 15:15

Özbəkistanda prezident seçkiləri başlayıb. Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, ümumxalq səsverməsi günü dekabrın 4-nə təyin olunsa da, həmin gün hər hansı səbəbdən səs verə bilməyəcək vətəndaşlar bu gündən səsvermə hüquqlarını gerçəkləşdirə bilər. Qeyd olunur ki, 1,5 milyon Özbəkistan vətəndaşının çalışdığı Rusiyada 2 seçki məntəqəsi fəaliyyətə başlayıb.

 

Özbəkistan vətəndaşları 4 namizəd arasında seçim edəcəklər. Seçkilərin favoriti və hazrıda prezident səlahiyyətlərini icra edən Şövkət Mirzəyev (Liberla-Demokrat partiyası), Hətəmcan Ketmonov (Xalq Demokratik partiyası), Sərvər Otamuratov (Milli tiklaniş) və Nəriman Umarov (Adalot) İslam Kərimovdan sonra boş qalmış kürsüyə əsas iddialılardır.

 

Həmin vaxtdan bəri ölkə ciddi siyasi proseslərin baş verdiyi məkana çevrilib.

 

Vüqar İSMAYILOV 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI