Modern.az

Azərbaycan da OPEK-in Vyana görüşünə qatılacaq

 Azərbaycan da OPEK-in Vyana görüşünə qatılacaq

25 Noyabr 2016, 15:19

Azərbaycanın energetika naziri Natiq Əliyev noyabrın 28-də OPEK-ə üzv ölkələrin və bu quruma daxil olmayan ölkələrin yüksək səviyyəli komitəsinin ikinci iclasında iştirak edəcək.

Bu barədə Modern.az-a Energetika Nazirliyindən bildiriblər.

 

Xatırladaq ki, OPEK sentyabr ayının sonlarında Əlcəzairdə keçirilən qeyri-rəsmi görüşdə neft hasilatının məhdudlaşdırılması barədə razılığa gəlmişdi.

Bu barədə yeklun razılaşmanın noyabrın 30-da keçiriləcək OPEK-in rəsmi iclasında əldə olunacağı gözlənilir.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI