Modern.az

Ərdoğan Avropanı qaçqınlarla HƏDƏLƏDİ

Ərdoğan Avropanı qaçqınlarla HƏDƏLƏDİ

25 Noyabr 2016, 15:36

Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqının (Aİ) Türkiyə əleyhinə siyasətini davam etdirəcəyi təqdirdə sərt addım atacaqlarını bildirib. Bu barədə Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir.

Prezident Avropa Parlamentinin Türkiyə ilə üzvlük danışıqlarını dayandırmağa çağıran tövsiyə xarakterli qətnaməsinə münasibət bildirərkən deyib ki, bu qərarı elə də ciddi qarşılamır, əhəmiyyətli saymır.

O, sərhədlərin qaçqınlar üçün açılağacı xəbərdarlığı ilə Avropanı hədələyib.

Prezidentin sözlərinə görə, Avropa Parlamentinin qətnaməsi mənasızdır.

Dövlət başçısı qeyd edib ki, Avropanı Aİ ölkələrinə qaçqın axını təhlükəsi narahat etməsəydi, heç Suriya böhranına da əhəmiyyət verməzdi.

Avropa Parlamenti noyabrın 24-də qəbul etdiyi qətnaməni onunla əsaslandırır ki, Türkiyə hakimiyyəti 15 iyul qiyam cəhdindən sonra, ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib, müxalifət qüvvələri və jurnalistlər də daxil olmaqla kütləvi həbslər aparıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI