Modern.az

Rusiyada general həbs olundu

Rusiyada general həbs olundu

Aktual

25 Noyabr 2016, 16:52

Rusiyanın Federal Mühafizə Xidmətinin (FMX) generalı Gennadi Lopırev həbs olunub.

Modern.az-ın Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə Federal Mühafizə Xidmətinin mətbuatla əlaqələr şöbəsi məlumat yayıb.

General ciddi qanun pozuntularında ittiham olunur:

“Rusiya Mühafizə Təhlükəsizlik Xidmətinin Qafqaz bölməsində apardığı daxili araşdırmalar zamanı ciddi qanun pozuntuları aşkarlanıb.

Araşdırma materialları istintaqa təhvil verilib.

Pozuntuların nədən ibarət olduğu barədə isə məlumat verilməyib”.

Gennadi Lopırev FMX-nın mərkəzi Soçidə yerləşən Qafqaz ofisinin rəisidir.

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI