Modern.az

Ərdoğanla Putin Hələbdəki böhranı müzakirə edib

Ərdoğanla Putin Hələbdəki böhranı müzakirə edib

Dünya

25 Noyabr 2016, 20:43

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Suriyadakı vəziyyəti müzakirə edib. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, prezidentlər telefon danışığı Suriya böhranının həlli məsələsi ilə bağlı fakir mübadiləsi aparıblar. Məlumata görə, R.T.Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə həyata keçirdiyi "Fərat qalxanı" hərəkatı çərçivəsində əl-Bab bölgəsindəki əməliyyat zamanı türk hərbçilərinin hücuma məruz qalması barədə rusiyalı həmkarını məlumatlandırıb.

Hər iki dövlət başçısı Hələbdəki humanitar böhranın həlli üçün səylərin artırılması barədə razılığa gəlib.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU