Modern.az

"Azərbaycan neftinin zavodlarımızda emalı bizim üçün böyük maraq kəsb edir" - Lukaşenko

"Azərbaycan neftinin zavodlarımızda emalı bizim üçün böyük maraq kəsb edir" - Lukaşenko

Dünya

25 Noyabr 2016, 23:22

"Ölkə öz müəssisələrində Azərbaycan neftinin emalında maraqlıdır". Modern.az saytı xəbər verir ki, "Report"un məlumatına görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

"Bizim respublikamız hələ SSRİ vaxtlarından inkişaf etmiş neft-kimya kompleksinə malikdir. Bu müəssisələr dünya standartlarına uyğun yüksək texnologiya səviyyəsi ilə, neft hasilatının dərinliyi ilə və neft məhsullarının keyfiyyəti ilə səciyyələnir.

Xarici bazarlarda Belarus neft-kimyası məhsulunun 70 faizindən çoxu reallaşır. Buna görə Azərbaycan neftinin zavodlarımızda emalı bizim üçün böyük maraq kəsb edir", — deyə Lukaşenko bildirib.

Qeyd edək ki, Belarus prezidenti noyabrın 28-29-da Azərbaycana rəsmi səfərə gələcək.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU