Modern.az

Bağlanan bankların əmanətçilərinə nə qədər kompensasiya ödənilib? - AÇIQLAMA

Bağlanan bankların əmanətçilərinə nə qədər kompensasiya ödənilib? - AÇIQLAMA

26 Noyabr 2016, 14:56

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilən 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

 

Fonddan Modern.az-a verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 711,557 mln. manat ödənilib.

 

Belə ki, “Parabank” ASC-nin qorunan əmanətçiləri 42,868 mln. manat, “Zaminbank” ASC - 52,334 mln. manat, “Kredobank” ASC - 27,192 mln. manat, “Dekabank” ASC - 3,021 mln. manat, “Atrabank” ASC - 14,218 mln. manat, “Qafqaz İnkişaf Bankı” ASC - 1,928 mln. manat, “Bank of Azerbaijan” ASC - 24,147 mln. manat, “Gəncəbank” ASC - 975 min manat, “Texnikabank” ASC - 120,081 mln. manat, "Bank Standard" QSC-nin qorunan əmanətçiləri isə 424,791 mln. manat kompensasiya alıblar. 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI