Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu gözlənilmədən Tehrana səfər edib.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Çavuşoğlu prezidenti Həsən Ruhani ilə görüşüb.
Sonra M. Çavuşoğlu iranlı həmkarı Məhəmməd Cavad Zəriflə danışıqlar aparıb.
Tərəflər regiondakı münaqişələr, o cümlədən Suriya böhranını müzakirə ediblər.
Qeyd edək ki, bu, Türkiyədə baş vermiş 15 iyul hadisələrindən sonra M. Çavuşoğlunun Tehrana ikinci səfəridir. M. Çavuşoğlunu səfərdə Türkiyənin təhlükəsizlik naziri müşayiət edir.
Modern.az