Modern.az

Ukraynada ermənilərlə gürcülər ATIŞDI: 2 ölü, 2 yaralı

Ukraynada ermənilərlə gürcülər ATIŞDI: 2 ölü, 2 yaralı

26 Noyabr 2016, 16:50

Ukraynanın Zaporojya vilayətində erməni və gürcü gəncləri arasında atışma olub.

 

Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, qız üstündə baş verdiyi ehtimal olunan atışma Melitopol şəhərindəki kafelərdən birində, gecə saatlarında baş verib.

 

Hadisə zamanı 24 yaşlı gürcü və 26 yaşlı erməni gənclər ölüb. Xəsətxanaya ağır vəziyyətdə çatıdırılan daha 2 gəncin isə milliyəti açıqlanmır.

 

Melitopol şəhər polisinin rəisi Viktor Olxovski isə hadisənin milli zəmində baş vermə ehtimalını inkar edib və qız üstündə baş verdiyini bildirib.

 

Vüqar İSMAYILOV

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI