Modern.az

Məcbur aldırılan dərs vəsaitləri - VİDEO

Məcbur aldırılan dərs vəsaitləri - VİDEO

Aktual

26 Noyabr 2016, 23:06

Vətəndaş dərs vəsaitinin fərqli, daha doğrusu, baha qiymətə satılmasından şikayətlənir. Məsələ burasındadır ki, orta məktəb şagirdləri üçün nəzərdə tutulan əlavə vəsaitlər, testlər və ya iş dəftərləri hər il fərqli qiymətə satılır. Vəsaitin içində çox cüzi dəyişiklik edilir və ya üz qabığının rəngi yüngülvari dəyişdirilir və yeni versiya kimi təqdim edilərək qiyməti qaldırılır. Modern.az saytı xəbər verir ki, “Xəzər xəbər”in məlumatına görə, əlavə vəsaitlərin ilbəil cüzi dəyişikliklə baha satılması məsələyə nəzarət mövzusunu gündəmə gətirir.

 

Təhsil Nazirliyinin Tədris Resursları şöbəsindən bildiriblər ki, dərslik komplektindən kənar vəsaitlərin çapı nəşriyyat-poliqrafiya müəssisələri tərəfindən həyata keçirilir. Onlar bu vəsaitlərin qiymətini müəyyən etməkdə sərbəstdirlər. Nə qədər təəccüb doğursa da, şobədən bildiriblər ki, dərslik komplektindən kənar vəsaitlərin alınması vacib deyil. Halbuki həmin vəsaitlər məhz müəllimlərin tapşırığı ilə alınır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI