ABŞ prezidenti Barak Obama Kuba xalqına başsağlığı verib. Modern.az saytı xarici mediaya istinadən yaydığı məlumata görə, Obama Fidel Kastonun vəfat etdiyi an ABŞ-ın Kuba xalqına dostluq əli uzatdığını bildirib: “Tarix bu şəxsin ətrafındakı insanlara və bütün dünyaya böyük təsiri haqqında yazacaq və mühakimə edəcək. Bu gün biz Fidel Kastronun ailəsinə başsağlığı bildiririk və Kuba xalqı üçün dua edirik. Sonrakı günlərdə onlar keçmişi yada salacaqlar və gələcəyə baxacaqlar. Bunu edərkən Kuba xalqı bilməlidir ki, ABŞ onların dostu və tərəfdaşıdır”.
Modern.az