Modern.az

Azərbaycanda internet-trafikdən istifadə artıb

Azərbaycanda internet-trafikdən istifadə artıb

Aktual

27 Noyabr 2016, 12:27

 

Azərbaycanın magistral provayderi "Delta Telecom" şirkətinin şəbəkəsində istifadə olunan internet-trafikin həcmi noyabrın əvvəlindən 5,5 faiz artıb.

Modern.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, internet trafikin həcmi 190 giqabitə çatıb.

Şəbəkənin yüklənmə dinamikası günün hissələrindən asılı olur. Ən çox yüklənmə axşam saatlarında qeydə alınır. Saat 21:00-23:00 arası 190 giqabitədək yüklənmə qeydə alınır. Səhər erkən saatlarında bu rəqəm 20 giqabitə bərabər olur.

Ölkədə "Delta Telecom"un trafikini 25 telekommunikasiya operatoru bölüşdürür.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI