Modern.az

Bakı-Qazax magistral yolunda iki avtomobil toqquşub, xəsarət alan var

Bakı-Qazax magistral yolunda iki avtomobil toqquşub, xəsarət alan var

Aktual

27 Noyabr 2016, 13:05

Tovuzda sürücünün xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

 

Modern.az-ın APA-ya istinadən verdiyi məlumata görə hadisə yolun Tovuz rayonu Qovlar şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

 

 “Mercedes” və “VAZ2106” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ”-ın sürücüsü Nəcməddin Sanıyev bədən xəsarətləri alıb. Yaralıya tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI