Bakının Səbail rayonunun ərazisində yerləşən 20-ci sahə qəsəbəsində dəm qazı faciəyə səbəb olub.
Modern.az xəbər verir ki, qəsəbə sakini olan 25 yaşlı oğlan dəm qazından boğularaq vəfat edib. Hadisənin hamam otağında baş verdiyi bildirilib. Ölənin kimliyi barədə hələ ki, məlumat verilməyib.
Faktla bağlı araştırma aparılır.
Modern.az