Modern.az

ABŞ-da hüquq müdafiəçiləri məscidlərinin mühafizəsinin gücləndirilməsini xahiş ediblər

ABŞ-da hüquq müdafiəçiləri məscidlərinin mühafizəsinin gücləndirilməsini xahiş ediblər

Aktual

27 Noyabr 2016, 13:37

ABŞ-da bir qrup hüquq müdafiəçisi Kaliforniya ştatının hüquq-mühafizə orqanlarına müraciət edərək hədə məktublarının göndərildiyi məscidlərinin mühafizəsinin gücləndirilməsini xahiş ediblər.

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, naməlum şəxslər ştatın Los-Anceles və San-Xose şəhərində yerləşən məscidlərə hədələrin yer aldığı məktub göndəriblər.

 

Məktublarda qeyd edilib ki, “artıq şəhərlərdə Amerikanı təmizləyəcək Donald Tramp yeni polis rəisidir” və islam dininə sitayiş edənlərlə Hitlerin yəhudilərlə davrandığı kimi davranılacaq.

 

San-Xose Polis İdarəsinin polis zabiti Enrik Qarsiya deyib ki, polis baş verənləri “nifrət zəminində olay” kimi dəyərləndirir və təhqiqata başlayıb. 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI