İraqın Türkiyə ilə sərhədindəki Soran rayonu icra başçısı Kurmanc İzzet Kürdüstan Demokrat Partiyasının (KDP) rəsmi internet saytında yer alan açıqlamasında terror təşkilatı PKK-nın bölgədəki varlığının can və mal itkisinə səbəb olduğunu bildirib.
Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, o, bildirib ki, PKK Ərbilə bağlı Sidekan və Mergesor ilə Duhok rayonuna bağlı Badinan bölgəsindəki 650 kəndi 1991-ci ildən bu yana işğal edib.
“PKK yaraqlıları yerli xalqın kəndlərinə və evlərinə gedib oraların abadlaşmasına icazə vermir. 25 ildir ki, xalqın ərazilərini işğal edən təşkilatı dəfələrlə xəbərdarlıq etməyimizə baxmayaraq, buraları azad etmək istəmirlər. PKK yaraqlıları kəndlərdə olduğu üçün təbii olaraq bu zonalar toqquşma məkanı olur. Təşkilatın buradakı varlığı xalqımızın can və mal təhlükəsizliyini təhlükəyə salaraq ağır itkilərə səbəb olur".
Modern.az