Modern.az

Almaniyada ATƏT-in sammitinin keçiriləcəyi bina yandırılıb

Almaniyada ATƏT-in sammitinin keçiriləcəyi bina yandırılıb

Aktual

27 Noyabr 2016, 15:54

Almaniyanın Hamburq şəhərində iki həftə sonra ATƏT-in sammitinin keçirilməsi nəzərdə tutulan binada sərgi salonu yandırılıb.

 

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, hadisə dünən axşam baş verib.

 

Onlarla insan binanın girişlərinin birində yanğın törədib, o cümlədən yaxınlıqdakı zibil qablarını yandırıblar. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğın binaya ciddi ziyan vurub.  

 

Yanğının ATƏT-in sammiti ilə əlaqəli olub-olmadığı rəsmən açıqlanmayıb. Polis olayla bağlı araşdırma aparır.

 

Qeyd edək ki, Hamburqda ATƏT-in sammiti 8-9 dekabr tarixlərində keçiriləcək. 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI