Modern.az

“BET - Bədii ədəbiyyat, Ekologiya və Teatr” layihəsi həyata keçirilib

“BET - Bədii ədəbiyyat, Ekologiya və Teatr” layihəsi həyata keçirilib

Aktual

27 Noyabr 2016, 17:27

24-25 noyabr tarixlərində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə, 8-ci qrant müsabiqəsində qalib olmuş Bağırova Aytən “BET - Bədii ədəbiyyat, Ekologiya və Teatr” adlı fərdi layihənin icrasını bitirib. 

Modern.az xəbər verir ki, layihənin məqsədi gənclər arasında teatrın və bədii ədəbiyyatın təbliği, bu sahələr üzrə maarifləndirmənigenişləndirmək və maarifləndirici əsərlərlə daha böyük kütlələrə təsir etməkdir.

Layihənin açılış və bağlanış mərasimləri 138 saylı tam orta məktəbin akt zalında keçirilmişdir.Layihənin açılış mərasimində əsasən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitenin aktyorluq ixtisasının müxtəlif kurslarında təhsil alan tələbələrindənibarət olan komandaların seçmə mərhələsi baş tutmuşdur.Komandalar bədii ədəbiyyatdan seçilmiş maarifləndirici səhnələri tamaşaya qoymuşlar və jürinin səs verməsi nəticəsində bir komanda qalib olub.

Layihənin bağlanış mərasimində qalib komanda 138 saylı tam orta məktəbin yuxarı sinif şagirdlərinin iştirakı  ilə keçirilən tədbirdə öz tamaşalarını bir daha səhnələşdirərək böyük marağa səbəb olub.

Qeyd edək ki,böyük marağa səbəb olan layihənin sonunda qalib komanda dəyərli hədiyyələrlə mükafatlandırılıblar.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI