“Mən öz qarşıma sual qoyuram. Terrorizmlə və ekstremizmlə mübarizənin nəticələri haradadır? Ayrı-ayrı yerlərdə var, amma qolobal mənada yoxdur. İndiki məqamda təhdidlər, təhlükələr yalnız artır”. Modern.az saytı xarici KİV-ə istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Valday” diskussiya klubundakı çıxışı zamanı bildirib.
Kreml başçısı deyib ki, Qərb dünyası “ərəb bahar”ına görə eyforiyaya düşmüşdü.
“Bəs indi o təntənəli marş haradadır?”-deyə o ironik sual edib.
Putin qeyd edib ki, Rusiya dövlətlərin terrorizmə qarşı səylərinin birləşdirilməsinə çalışır. Onun sözlərinə görə, Rusiya özünün dünya işlərindəki rolunu yaxşı anlayır.
Aqşin KƏRİMOV