Modern.az

Ermənistanın müdafiə naziri Moskvaya gedib  

Ermənistanın müdafiə naziri Moskvaya gedib   

Aktual

27 Noyabr 2016, 21:40

Ermənistanın müdafiə naziri Viqen Sarkisyan Rusiyaya gedib.

Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, Sarkisyan üç gün -noyabrın 27-dən 30-dək Rusiyada olacaq.

Erməni nazirin Moskvada Rusiyanın müdafiə naziri Serqey Şoyqu ilə görüşü  planlaşdırılıb. Səfər çərçivəsində Ermənistan və Rusiya hərbçilərindən ibarət birgə qruplaşmaya dair dövlətlərarası razılaşmanın imzalanması, həmçinin müdafiə nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planının razılaşdırılması məsələlərinin də həll olunacağı gözlənilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI