Bu dəqiqələrdə Bakının bir sıra küçə və prospektlərində tıxac əmələ gəlib. Bu haqda Modern.az-a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.
Onun sözlərinə görə, hazırda Tbilisi prospekti (İzmir küçəsi istiqaməti), Ziya Bünyadov pr.(hər iki istiqamət), Heydər Əliyev pr.(Heydər Əliyev mərkəzinin yanı şəhər istiqaməti), Yusif Səfərov küç.(Cavanşir körpüsü istiqaməti), Koroğlu Rəhimov küç. (Heydər Əliyev mərkəzi istiqaməti), Abbasqulu ağa Bakıxanov küç.(İzmir parkı istiqaməti), Bakı Sumqayıt şosesi (Bakı istiqaməti), Moskva prospektində (20 Yanvar dairəsi istiqaməti) nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir”.
Gülşən RAUFQIZI