Modern.az

Bir kəndin yeganə sakinləri – Yaşlı ər-arvad şəhid oğullarının məzarını tək buraxmaq istəmir

Bir kəndin yeganə sakinləri – Yaşlı ər-arvad şəhid oğullarının məzarını tək buraxmaq istəmir

Dünya

28 Noyabr 2016, 11:17

Türkiyənin Kastamonu vilayətinin Avlacık kəndində yaşayan yaşlı ər-arvad buranın yeganı sakinləridir. Onlar 23 il əvvəl şəhid olan oğullarını evlərinin həyətində dəfn ediblər. Yaşlı ər-arvad övladlarının qəbrini hər gün görmək üçün tək qaldıqları kəndi tərk etməyəcəklərini bildiriblər.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Avlacık kəndinin 85 yaşlı sakini Sadıq və onun 80 yaşlı həyat yoldaşı Huriya Tokatların 8 övladı doğulub. Onlardan biri Selahattin Tokat 1993-ci ildə Vanda əsgərlik çəkərkən terrorçularla atışmada şəhid oldu.

Atası vilayət mərkəzindəki şəhidlər xiyabanının uzaq olması səbəbindən oğlunun nəşini kənddəki evinin bağçasında defn edib.

Kənd uzun illər ərzində tədricən boşalıb. Tokat ailəsinin digər uşaqları və kəndin bütün əhalisi tədricən şəhərə köç ediblər. Kənddə qalan yeganə sakinlər Sadıq Tokat və isə həyat yoldaşı isə buradan getməyəcəklərini bəyan ediblər.

Kastamonu vilayət mərkəzindəki iki oğlunun yanına da getməyən cütlük 23 ildir hər gün şəhidin qəbrini ziyarət edir.

Çətin təbiət şərtləri və qocalıqdan irəli gələn bütün problemlərdən çəkinməyən yaşlı Tokat cütlüyünün yeganə istəyi şəhid oğullarının qəbrini işıqlandıracaq elektrik dirəyinə enerji verilməsidir.

Sadıq Tokat kəndlərinin çox gözəl olduğunu, ancaq gənclərin iş tapmaq və oxumaq şansı tapa bilməmələri səbəbiylə zamanla bir-bir buradan köç etdiyini deyir.

Yaşlılardan bəzilərinin həyatını itirdiyini, bəzilərinin də şəhərlərdəki övladlarının yanlarına getdiyini söyləyən ağsaqqal "mən buradakı ata yurdumu boş qoymaq haqda düşünmürəm” deyib.

Modern.az

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU