Modern.az

Türkiyədə erməni terrorçuya abidə ucaldırılıb - FOTO

Türkiyədə erməni terrorçuya abidə ucaldırılıb - FOTO

28 Noyabr 2016, 11:57

Türkiyənin Tuncəli bölgəsinin Aşağıdoluca kəndində yerləşən erməni terrorçularının adını əbədiləşdirən abidə var.

Modern.az Türkiyənin “Sözcü” qəzetinə istinadən xəbər verir ki, bu barədə qəzetin yazarı Sayqı Öztürk məlumat verib.

 

Onun sözlərinə görə, abidə  erməni tərəfdarı və PKK üzvləri tərəfindən qoyulub.  26 aprel 2016-cı ildə açılışı olan abidənin üzərində 1990-cı illərində Qarabağda və Xocalıda azərbaycanlılara qarşı soyqırımları törətmiş Monte Melkonyanın adı da qeyd olunub.

“Erməni və PKK üzvləri Türkiyənin nəzarətdən kənar bölgələrində terrorçulara abidə ucaldaraq, Türkiyədə bizə qarşı çalışırlar. Abidənin açılış mərasimə Fransa və Yunanıstandan da erməni diasporu nümayəndələri qatılıblar.

 

Abidənin üzərində ASALA terror təşkilatı üzvlərindən və radikal erməni millətçilərindən olmuş  Armenak Bakırcıyan, Manuel Demir, Nubar Yanıkyan, Kevork Çavuş, Monte Melkonyanın adları da əks olunub.

Abidə üzərində bu sözlər də yazılıb: “Erməni soyqırımını lənətləyirik, Armenak Bakırcıyanı və Hrant Dinki anırıq. Erməni soyqırımı 100-cu ildönümündə də davam edir”. Göründüyü kimi, ermənilər jurnalist Hrant Dinkin ölümündən özlərini müdafiə etmək üçün  istifadə edirlər”.

 

 

Qafar Ağayev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI