Azərbaycan Xocalı soyqırımına beynəlxalq səviyyədə hüquqi qiymət verilməsi üçün Beynəlxalq Hərbi Tribunala müraciət edəcək.
Modern.az-ın xəbərinə görə, bu barədə Milli Məclisdə “Soyqırımı və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasına hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimatında vitse-spiker Bahar Muradova deyib.
Komitə sədri bildirib ki, Xocalı soyqırımına görə Azərbaycan soyqırımı törədənləri beynəlxalaq hərbi tribunala verəcək:
““Soyqırımı və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasına hüquqi aspektlərinin öyrənilməsi” layihəsi hərbi tribunala müraciətlə bağlı araşdırma aparacaq və Azərbaycan Ermənistanın cəzalandırılması üçün Beynəlxaq Hərbi Tribunala müraciət edəcək”.
B.Muradova deyib ki, Xocalı soyqırımının törədilməsindən 25 il keçir və hələ də onu törədənlərə heç bir cəzalar verilməyib.
Ağa AKİFOĞLU