Modern.az

“Xocalı soyqırımını törədənlər Rusiyada yaşayırlar”

“Xocalı soyqırımını törədənlər Rusiyada yaşayırlar”

28 Noyabr 2016, 12:38

“Xocalı soyqırımını törədənlərin əksəriyyəti bu gün Rusiyada yaşayır və oranın vətəndaşlarıdır. Bu, heç kimə sirr deyil. Həmin cinayətkarlar Rusiyada yaşayaraq, hətta iri bizneslə də məşğuldurlar”.

Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Asim Mollazadə parlamentdə bu gün keçirilən “Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasın hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimati zamanı deyib. Deputat bildirib ki, hazırda Rusiyada yaşayan Xocalı soyqırımını törədənləri Rusiyadan mütləq almalıyıq:

“Biz beynəlxalq hərbi tribunallara müraciət etməklə yanaşı, Rusiyadan cinayətkarları tələb etməliyik. Beynəlxalq hüquqşünaslar səviyyəsində Xocalı cinayətkarlarını Rusiyadan aldıqdan sonra onlarla bağlı hərbi tribunal keçirə bilərik”.


Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI