2017-ci il yanvarın 17-də Avropa Parlamentinə yeni sədr seçkisi keçiriləcək.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Parlamentini məlumat yayıb.
Məlumata görə, Avroparlamentin hazırkı sədri Martin Şults noyabrın 24-də istefa verəcəyini və Almaniyada parlament seçiklərinə qatılacağını bildirmişdi. Onun Almaniya Sosial-Demokrat Partiyasının seçki siyahısında birinci olacağı vurğulanıb.
Həmçinin bildirilib ki, cari ilin dekabrında Avropa Parlamentinin sədrliyinə namizədlərin irəli sürülməsi başa çatacaq. Hazırda prezidentliyə 10 potensial namizədin adı hallanır.
Mirmahmud KAZIMOĞLU