Modern.az

Fazil Mustafadan xüsusi xidmət orqanlarına TƏKLİF

Fazil Mustafadan xüsusi xidmət orqanlarına TƏKLİF

28 Noyabr 2016, 13:47

“Azərbaycanın xüsusi xidmət, kəşfiyyat və əks-kəşfiyyat orqanları Xocalı soyqırımını törədənlərdən heç olmasa birini hətta Ermənistanın özündə olsa belə, ələ keçirib Bakıya gətirməlidirlər".

Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib. Deputat bildirib ki, Rusiyada yaşayan və oranın vətəndaşı olan Xocalı qatillərini ələ keçirib Bakıya gətirə bilmərik.

“Çünki Azərbaycan Rusiya ilə baş-başa gələ bilməz. Amma məhz Ermənistanın özündə olan Xocalı qatillərini ələ keçirmək üçün xüsusi xidmət orqanlarındakı kəşfiyyatçılarımız, xüsusi kadrlarımız İrəvanda olsa belə, qatil erməniləri ələ keçirib Bakıya gətirməlidir. Əgər biz 1 nəfər Xocalı qatilini tutub, Bakıda mühakimə etsək, bu, əsl əməli iş olar”.

F.Mustafa deyib ki, Azərbaycan özünün hərbi və mülki xüsusi xidmət sahəsində yeni MOSSAD sistemini qurmalıdır:

“Biz MOSSAD yaratmağı düşünməliyik. Düşmənlə elə bir vəziyyətdəyik ki, biz MOSSAD kimi sistem yaratmağı düşünməliyik. Nəhayət praktiki işlərə keçməliyik”.


Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI