Modern.az

Tanınmış aparıcı maşını ilə piyadanı vurdu

Tanınmış aparıcı maşını ilə piyadanı vurdu

28 Noyabr 2016, 16:49

Rusiyanın “Birinci” kanalının aparıcısı, Nikolay Drozdov Moskvanın cənub-qərbində yaşlı qadını vurub. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, faktla bağlı araşdırmalar başlayıb.

 

“Şəhərin Ostrovityanov küçəsində yol qəzası baş verib. Tanınmış radio və televiziya aparıcısı Nikolay Drozdov qadın piyadanı vurub. Ehtimal olunur ki, qadın yolu qadağan olunmuş yerdə keçib”.

 

Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.

78 yaşlı aparıcı daha çox heyvanat aləminə həsr olunmuş verilişləri ilə tanınır.

 

Vüqar İSMAYILOV

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI