Azərbaycanın tanınmış aktyoru, əməkdar artist Elçin Həmidov vəfat edib. Aktyor dünən axşam saatlarında dünyasını dəyişib. Bu gün onun tamaşada iştirakı gözlənilsə də, aktyor tamaşaya gəlməyib. Bu səbəbdən onun yaşadığı mənzilə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çağırılıb. Pəncərədən evə daxil olan FHN əməkdaşları orada E.Həmidovun cəsədini tapıblar. İlkin versiyaya görə, aktyor ürək xəstəliyindən vəfat edib.(APA) Xatırladaq ki, Elçin Həmidov 1958-ci ildə anadan olub, 1981-ci ildə İncəsənət İnstitutunun Dram-kino aktyoru fakültəsini bitirib, 1983-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında artist-vokalist kimi fəaliyyət göstərib. E.Həmidov tamaşaçılara daha çox «Planeta parni iz Baku» qrupunun tamaşalarındakı Məzi rolunun ifaçısı kimi tanınıb. Allah rəhmət eləsin!