Modern.az

Jurnalisti Bakı şəhər Baş Polis İdarəsinə çağırdılar

Jurnalisti Bakı şəhər Baş Polis İdarəsinə çağırdılar

28 Noyabr 2016, 17:00

“Yeni Müsavat”ın köşə yazarı Zamin Hacı bu gün yenidən Bakı şəhər Baş Polis İdarəsinə çağırılıb.

 

Modern.az-ın xəbərinə görə bu barədə Zamin Hacı özü sosial şəbəkədəki səhifəsində məlumat yayıb.

 

 

Jurnalist bildirib ki, son bir il yarımda təkcə bu idarəyə üçüncü dəfədir çağırılır:

 

“Yenə də Bakı şəhər Baş Polis İdarəsinə çağırıblar. Son bir il yarımda tək bu idarəyə üçüncü dəfədir çağırırlar. Bu gün saat 5-də orda olmalıyam. Deyirlər ki, istintaq idarəsinin rəisi Nazim müəllim sizinlə görüşmək istəyir. “Niyə görmək istəyir”, “gələrsən, görərsən” – vəziyyət budur”.

 

İctimai fəal bildirib ki, polisdən rəsmi çağırış vərəqəsi istəməyib:

 

“Rəsmi çağırış vərəqi istəməyin mənası yoxdur – istəsələr küçədən sürüyüb apararlar, hələ belə mərifətli çağırırlar, sağ olsunlar.Eyni zamanda, bu çağırışların nəsə mənası olmalıdır”,-Zamin Hacı deyib.

 

Xatırladaq ki, bir neçə ay öncə də köşə yazarını BŞBPİ-yə çağıraraq Facebook statusları ilə bağlı xəbərdarlıq etmişdilər. 

 

 

 

Ağa AKİFOĞLU

 

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI