Modern.az

ATU Tələbə Gənclər Təşkilatının sədri Bişkekdə olub

ATU Tələbə Gənclər Təşkilatının sədri Bişkekdə olub

28 Noyabr 2016, 15:04

24-27 noyabrda Qırğızıstanın Bişkek şəhərində Türk Universitetler Birliyi Tələbə Şurasının ilk iclası keçirilib. İclas hazırda Türk Universitetler Birliyinə rəhbərlik edən Qırğızıstan-Türkiyə Manas Universitetinin ev sahibliyi ilə baş tutub.

ATU-dan Modern.az-a verilən məlumata görə, iclasa 4 türk dövlətində fəaliyyət göstərən 16 universitetdən nümayəndə qatılıb. Azərbaycan Tibb Universitetini bu toplantıda Tələbə Gənclər Təşkilatının sədri Tural Əzizov təmsil edib. T. Əzizov Şura iclasında Azərbaycan Tibb Universitetinin (ATU) tarixi, tədris prosesi, klinikaları, yataqxanaları və s. haqqında geniş məlumat verib, iştirakçılara ATU-nu əks etdirən slayd təqdim edib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI