“Gözlə məni, qayıdacağam...” - Ariel Şaron Simonun bu şerini keçmiş həyat yoldaşına tez-tez oxuyurmuş
Bu insanın cəsarətinə, qoçaqlığına hətta düşmənləri də heyran olublar. Onunla Misirin keçmiş prezidenti Ənvər Sadat ilk tanışlığında müşayiət edənlərə deyib: “Bu general bizim ordumuzu Qahirəyə qədər geri çəkilməyə məcbur edib”.
Məsələ belə olub: 1973-cü ilin oktyabr ayında Misir ordusu Süveyş kanalını keçərək Təl-Əviv tərəfə irəliləməyə başlayıb. O vaxt məhz Ariel Şaron tank birləşmələri komandlığını qəbul etmişdi, cəbhəni yarmağı bacarıb, kanalın Afrika sahillərinə yürüyərək Misir ordusunun ən döyüş qabiliyyətlilərindən birini mühasirəyə aldırır. Bundan sonra onun tankları maneəsiz Qahirəyə tərəf yaxınlaşır. Yalnız ABŞ və SSRİ-nin müdaxiləsi nəticəsində Beqinanın əmrinə tabe olan Şaronun hərbi fəaliyyətini saxlamaq mümkün olur.
Şaron həqiqətən parlaq hərbi və siyasi karyera yaradıb. Amma onun şəxsi həyatı xeyli faciəli keçib.
1953-cü ildə 25 yaşlı zabit Ariel Şaron özü arzuladığı qızla rastlaşır. Onun adı Marqalit idi, ivrit dilindən çevirəndə “Mivari dənəsi” adlanırdı. Həqiqətən Marqalit qeyri-adi gözəl idi. Hətta gənc qızın eyni zamanda həm gözəl, həm də ağıllı olmasına nadir hallarda rast gəlinərdi. O, universitetin psixologiya fakültəsinin əla qiymətlərlə bitirmişdi.
Şaron evinə gəlin gətirəcək qızı universitetin bağçasında görmüşdü. Sonra onlar tanışlıqlarının tarixçəsini belə danışacaqdılar.
Ariel: “O, kiçik oturacaqda oturmuşdu və ədəbi jurnal oxuyurdu. Mən ilk baxışdan ona vuruldum”.
Marqalit: “Mən onu ilk sözündən sevdim, çünki poeziyanın pərəstişkarıydım, Ariel isə adımı öyrənməyə tələsmədən, o saat şeir söyləməyə başladı...”.
Qeyd etmək lazımdır ki, poeziya Şaronun həyatına uşaqlıq illərində, valideynlərinin sayəsində daxil olub, onlar şeir həvəskarları idilər. Şaron universitetin bağçasında Marqaliti görəndə ona az tanınan “Fələstin” rübaisindən oxuyub.
Marqalit zarafatla deyərdi ki, Şarona görə böyük Freydə mübasibəti dəyişib və şairləri sevib.
Şaronun sözlərinə görə, Marqalitlə uzun sürməyən ailə həyatı illərində onunla birgə tapdığı xoşbəxtlikdən doymayıb.
1956-cı ildə Şaronun bu qadından oğlu dünyaya gəlib. Onlar onu Qura adlandırıblar. Şaron oğlunu çox sevib, heç bir vacib işləri onu məcbur edə bilməzdi ki, gecələr uşağın çarpayısının yanında oturmasın. General Quraya nağıllar danışardı. Hətta Şaron İsraildə olmayanda axşamlar oğulcığazına zəng vurub ona hər hansı nağıl danışarmış.
Marqalit ərinin sayəsində rus poeziyasını öyrənib və sovet poeziyasını sevib. Ayrılan zaman onlar bir-birinə zarafatla deyərmişlər: “Hake li, ani axzor”. Bu, Konstantin Simonun “Gözlə məni” şeirinin ilk sətridir.
“Gözlə məni, mən qayıdacağam”. Ariel və Marqalita həmişə belə deyərdilər. Əri hərbi əməliyyatlara gedəndə Marqalit dəhşətli dərəcədə narahat olurdu. Amma faciə Şaronla yox, onun özü ilə başladı. 1962-ci il mayın 12-də Yerusəlim şəhərində işə gedərkən onun idarə etdiyi maşın yolda başqa avtomobillə üz-üzə toqquşur. Marqalit yerindəcə keçinir. Şaron onun ölümündən sonra uzun müddət özünə gələ bilmir. Xoşbəxt ər bir andaca dul qalır, oğlu isə yetim. Marqalitin ölümündən sonra Şaron 34 yaşında özünü böyük qoca kimi hiss edir. Həyatının bu çətin anında ona Marqalitin kiçik bacısı Lila çox dəstək verir. Bir müddət sonra Lila Ariel Şaronun arvadı olur. Həyat sanki tədricən öz axarına düşür. 1964-cü ildə şaronların oğlanları Omri, iki il sonra Gilad doğulur.
Amma tale general Şarona o qədər də mərhəmət göstərmir. Heç kimi ağlına gəlməzdi ki, yeni bədbəxtlik 1967-ci ilim oktyabr ayında bayram gecəsi gələcək. Həmin gecə bütün dünyada yəhudilər yəhudi təqvimi ilə Yeni ili qarşılamağa hazırlaşırdılar. Həmin gün ailə başçısı evdəydi, Lilaya ev işlərində kömək edirdi. O, birdən atəş səsi və oğlunun qığqırtısını eşidir: “Aba!”(“Ata”).
Həyətə qaçan Şaronun qarşısında dəhşətli mənzərə dururdu. Qura yerdə ağrıdan qıvrılırdı. Sol gözünü güllə çıxarsa da, o, hələ sağ idi. Qonşu oğlan atasının tüfəngi ilə oynayanda təsadüfən atəş açılmışdı. Şaron oğlunun əlindən yapışıb xəstəxanaya yüyürür. Amma növbətçi həkimlər deyirlər ki, o əlində artıq ölmüş uşağını gətirib...
Bu dəhşətli faciədən sonra ona yaşamağa Lilanını qayğı və sevgisi kömək edir. Şaron ölən oğlunu anasının yanında dəfn edir. Onun ölümündən sonrakı illərdə Şaron yeni il gecələrini birinci arvadının və oğlunun qəbirləri üstündə keçirir. Lila da həmişə onunla bir yerdə olurdu...
1999-cu ilin fevral ayında həkimlər Lilaya dəhşətli xəstəlik diaqnozu qoyurlar. Sağalmaz xəstəliyinə baxmayaraq, o, demək olar ki, son günlərə qədər ərini səfərlərdə müşayiət edirdi. Dostları deyirdilər ki, “Ariel və Lila çiyin-çiyinə xəstəliklə mübarizə aparır”.
Lila artıq yeriyə bilməyəndə və daim xəstəxanada olanda əri saatlarla onun çarpayısının yanında oturardı. O, hətta yaxınlıqdakı mehmanxanada özünə otaq tutub ki, gecəyarı oraya yatmağa getsin. Şarona qarşı olan hətta ən qatı siyasi rəqibləri də o, Knessetdə (İsrail parlamenti) iştirak etməyəndə əleyhinə heç nə danışmırdılar, çünki bilirdilər ki, o vaxtını xəstə arvadının yanında keçirir.
2002-ci ilin mart ayında Lila artıq yox idi. Onu Şaronun yaşadığı evin qarşı tərəfindəki yüksək təpədə dəfn edirlər. Hər gün səhər yataqdan qalxan kimi Şaron pəncərədən əziz Lilanın məzarına baxardı. Məzarın ətrafı həmişə çiçək dənizinə bənzərdi. Qəbirdən bir az yüksəklikdə isə yasəmən ağacı əkilib.
Şaronun həyatı ilə bağlı uzun illərdir material toplayan israilli jurnalist Uri Dan bir dəfə ondan sevgi anlayışını izah etməsini soruşub. Şaron diqqətlə dostu olan jurnalistə baxaraq deyib: “Müəyyən təsəvvürlərdə filosoflar güclüdürlər. Hətta şairlər də mütləq konkretlikdən uzaqlaşmağa cəhd edirlər. Mənə gəldikdə, nə deyə bilərəm: “doğrudan sevgi nə deməkdir?”.
O, dərindən nəfəs alıb, uzaqlara baxıb və deyib: “Sevgi o deməkdir ki, heç vaxt ayrılmayaq!”
Ariel Şaron 1928-ci ilin mart ayında anadan olub. 1948-ci ildə 20 yaşı olanda artıq Aleksandroni briqadasının tərkibində müstəqillik uğrunda müharibədə piyada alayına komandanlıq edib. O, gizli yəhudi ordusu “Haqan”ın da üzvü olub.
Şaronun şöhrəti 1953-cü ildə 101-ci xüsusi dəstə yaradıb terror təşkilatlarına qarşı mübarizəyə başçılıq edəndən sonra hissolunacaq dərəcədə artıb. O, hərbi şücaətini 1967-ci ildə 6 günlük müharibə zamanı zirehli avtomobil və tank diviziyası ilə nümayiş etdirir. İki il sonra Cənub dairəsinin qərargah rəisi təyin olunur.
1972-ci ilin iyun ayında ordudan tərxis olunur. Bir il sonra müharibə başlayanda, o məşhər günündə Şaron yenidən orduya çağırılr, ona tank diviziyasının Cənub cəbhəsinin komandirliyi tapşırılır. Şaronun fəaliyyəti hesabına Misirə qarşı başlayan müharibə İsrailin qələbəsi ilə başa çatır. Nəticədə Şaron İsraildə ən populyar adamlardan birinə çevrilir. İsraillilərin çoxu əmin idi ki, İsraili Arik xilas edib. Ona görə 70-ci illərdə İsraildə yeni dünyaya gələn oğlan uşaqlarına qoyulan ən populyar ad Aril olub.
Şaron “məhşər günü” müharibəsindən sonra İsrailin siyasi həyatına daxil olur. 1973-cü ilin dekabrında Knessetə deputat seçilir. Bir il sonra mandatından imtina edir. İki il sonra Şaron İshaq Rabinin ilk hökumətində təhlükəsizlik üzrə müşavir vəzifəsi alır. 1976-cı ildə Rabinin istefasından sonra yeni partiya yaradır, adını Şlom Tsion qoyur. 1977-ci ildəki növbəti seçkilərdə onun partiyası Knessetdə iki yer qazanır. Həmin seçkidə Likud Partiyası ilk dəfə hakimiyyətə gəlir. Şaron partiyasını buraxır və “Likud”a qoşulur.
Baş nazir Menahem Beqin onu kənd təsərrüfatı naziri və mühacirlər üzrə komissiyanın sədri təyin edir. Bu vəzifədə 1985-ci ilə qədər işləyir.
Şaronun imicinə Livan müharibəsi zamanı güclü zərbə dəyir. Bu zaman o müdafiə naziri (1981-83-cü illərdə) işləyirdi. 1984-90-cı illərdə Şaron sənaye və ticarət naziri vəzifəsini icra edib, 1990-92-ci illərdə tikinti naziri olub.1996-cı ildə baş nazir Benyamin Netanyahunun razılığı ilə Şaron milli infrastruktur naziri vəzifəsinə təyin olunur. David Levinin istefasından sonra isə xarici işlər naziri işləyir.
Şaronun əsl siyasi karyerası Netanyahu 1999-cu ildə “Likud”un məğlubiyyətindən sonra bu partiyaya rəhbər seçiləndən sonra başlayır. O, “Likud”un Knessetdə gücünün bərpa olunmasında həlledici rol oyanır. 2000-ci ilin sonlarında Barakın hökuməti Knessetdəki çoxluğu itirəndən sonra İsrailin KİV-də Şaronun yeni imici meydana çıxır. Onu sakit, sadə, gözlənilməz siyasi dəyərləndirmələrdən yan keçən siyasətçi kimi tanıyırlar. Şaronun milli birliyə əsaslanaraq formalaşdırdığı hökumətin proqramında İsrail vətəndaşlarının şəxsi təhlükəsizliyi, eləcə də bütövlükdə dövlətin təhlükəsizliyi məsələsinə xüsusi önəm verilir. 2001-ci ildə ilk dəfə seçkilərdə 25 faiz səslə əldə olunan qələbə Şarona baş nazir seçilməyə imkan verir. O, verdiyi vədə əməl edir, geniş tərkibli milli birlik hökuməti formalaşdırır.
2001-ci ilin payızında Şaron fələstinlilərin nəzarətdə saxladıqları ərazilərə qısamüddətli hücumlara sanksiya verir və terror təşkilatlarının liderlərinin məhv edilməsi qaydalarını sürətləndirir.
Fələstinlilərin terror aktları 2002-ci ilin martında pik nöqtəsinə çatır. Bu vaxta qədər 120 israilli öldürülür. Terrorçu-kamikadzenin pasxa günləri Netaniya mehmanxanasında törətdiyi partlayışda 29 nəfərin ölməsindən sonra Şaron “Müdafiə divarları” əməliyyatına göstəriş verir. Məqsəd Fələstin rəhbərliyindəki terror strukturlarının dağıdılması olur.
2002-ci ilin aprelindən noyabrına qədər İsrail Fələstin Muxtariyyatının ərazilərinə terror təşkilatlarının dayaqlarını sarsıtmaq üçün bir-birinin ardınca hücumlar təşkil edir. 2003-cü ilin oktyabrında Şaron milli birlik hökumətini genişləndirməyə nail olmaq niyyətinə düşür. Amma Ben-Elizzer öz partiyasının daxilindən təzyiqlərlə üzləşdiyindən bir neçə ay ərzində Əmək Partiyasını koalisiyadan çıxarır. Şaron Əmək Partiyası olmadan daha etibarlı koalisiya yaratmağa cəhd edir, amma öz hökumətinə ultrasağları qəbul etdiyinə görə buna nail ola bilmir. Bu səbəbdən Knesseti buraxır və 2003-cü il yanvarın 28-nə erkən seçkilər təyin edir. Bu seçkilərdə Likud Partiyası Şaronun rəhbərliyi ilə parlamentdə 38 yer qazanır, sağ partiyalar və mərkəzçi Şinuemlə koalisiya hökuməti formalaşdırır. Bu zaman ölkədə vəziyyət ağır idi, iqtisadiyyat tənəzzüldəydi, işsizlik və təhlükəsizlik problemləri vardı. İsrail xarici siyasətdə ABŞ prezidenti Buşun “Yol xəritəsi”nə əməl etməyə məhkum idi. Amma Yasir Ərəfatın rəhbərlik etdiyi Fələstin Muxtariyyətinın dəstəklədiyi terror aktları ara vermədiyindən danışıqlar dalana dirənmişdi.
Ümumiyyətlə, Şaron İsrail dövlətinin tarixində siyasətçi kimi də iz qoyub. O, İsrailin ən qəddar nazirlərindən biri kimi tarixə düşüb. Məhz qəddarlığına görə onu “Qəssab Şaron” da adlandırırdılar. 2006-cı ildən beyininə qansızma nəticəsində komaya düşən Şaron hələ də həyatla ölüm arasında mübarizə aparır.
Beş ildir komadan çıxmayan Şaron 2006-cı il yanvarın 6-dan Təl-Əvivdəki “Şeba” tibb mərkəzində həkimlərin nəzarəti altındadaır. Onun səhhətində irəliləyiş olmasa da, həkimlər vəziyyətinin sabit olduğunu bildirirlər. Keçmiş baş nazirin müalicəsi üçün isə İsrailin dövlət büdcəsindən ildə 460 min dollar ayrılır.
Modern.az