Deputat Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən plenar iclasında yenidən xarici sənət, iş adamlarının, siyasətçilərin, diplomatların Dağlıq Qarabağa qanunsuz səfərlərindən danışıb.
Modern.az-ın xəbərinə görə, deputat bildirib ki, həmin adamların böyük əksəriyyəti ora gedib tədbirlərdə iştirak edib sonra Bakıya gələrək tədbirlərə qatılıblar: “Hər dəfə də deyiblər ki, bilməmişik, xəbərimiz olmayıb, üzr istəyirik və.s.
Bir çoxlarının da adları sonradan “qara siyahı”dan çıxarılır. Bu günlərdə də Fransa parlamentinin “Fransa-Qarabağ” dostluq qrupunun üzvləri qondarma DQR-ə qanunsuz səfər etdilər. Hesab edirəm ki, bunlar qəti yolverilməzdir və bu cür hallara qarşı daha sərt tədbirlər görülməlidir”.
Ağa AKİFOĞLU