Modern.az

Parlament hökumətlərarası sazişləri təsdiqlədi

Parlament hökumətlərarası sazişləri təsdiqlədi

29 Noyabr 2016, 13:03

Azərbaycan Milli Məclisi hökumətlərarası sənədləri ratifikasiya edib.

Modern.az-ın xəbərinə görə, bu sıraya "Azərbaycan Respublikası Hökuməti ilə Almaniya Federativ Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və ya konsulluq əməkdaşlarının ailə üzvlərinin ödənişli əmək fəaliyyəti haqqında" və "Serbiya Respublikası E-763 avtomobil magistralının Lyiq-Bolykovtsi, Bolykovtsi-Takovo və Takovo-Prelyina hissələrinin tikintisinin maliyyələşdirilməsi üçün Borcverən qismində çıxış edən Azərbaycan Respublikası Hökuməti və Borcalan qismində çıxış edən Serbiya Respublikası Hökuməti arasında 2012-ci il il 2 fevral tarixində imzalanmış Kredit Sazişində dəyişikliklər edilməsi haqqında" sazişləri daxildir.

Saziş layihələri səsverməyə çıxarılaraq qəbul olunub.

 

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI