Modern.az

Orqan transplantasiyası reklamı ilə bağlı mətbuata QADAĞA

Orqan transplantasiyası reklamı ilə bağlı mətbuata QADAĞA

29 Noyabr 2016, 13:09

Azərbaycanda insan orqanlarının transplantasiyası barədə reklamın tibbi ixtisaslaşması olmayan mətbuat, televiziya və digər vasitələrdə yerləşdirilməsi qadağan olunur.

 

Modern.az-ın xəbərinə görə, Milli Məclisin bu gün keçirilən iclasında “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

 

Qanunun 16-cı maddəsinə edilməsi nəzərdə tutulan dəyişikliyə əsasən, transplantasiya barədə reklam yalnız tibb sahəsində ixtisaslaşdırılmış mətbu nəşrlərdə, tibbi işçiləri və əczaçılar üçün keçirilən tədbirlərdə yayımlana biləcək.

Layihə parlamentdə səsverməyə qoyularaq qəbul olunub.

 

Ağa AKİFOĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI