Deputat Fazil Mustafa parlamentdə xanım millət vəkillərinə müraciət edib.
Modern.az-ın xəbərinə görə, deputat söyləyib ki, ictimai yerlərdə siqaret çəkilməsinə qadağa qoymaq lazımdır:
“Xüsusilə məktəb yaxınlarında tütün məmulatları ilə satan mağazalar var. Lap ora reklam yapışdır ki, siqaret çəkmək olmaz. Onsuz da bunlar var. Amma mağazalar, qəlyan çəkilən yerlər məktəbliləri, azyaşlıları buna bir növ təhrik edir. Ona görə də xanım həmkarlarına müraciət edirəm ki, onlar bu məsələnin həllində daha fəal olsunlar”.
Milli Məclis sədrinin müavini Bahar Muradova Fazil Mustafanın fikirlərinə dəstək verib: “Siqaretdən istifadənin qarşısının alınması həm sağlamlığa xeyir olardı, həm də şəxsi büdcəyə. Ona görə də biz xanım millət vəkilləri bu məsələdə təşəbbüskar olublar və olmağa da hazırdırlar”.
Deputat Gövhər Baxşalıyeva cərimələri artırmaqla bu məsələnin qarşısının almağın mümkünsüz olduğunu bildirib: “Bunun ictimai yerdə çəkilib-çəkilmədiyini sübut etmək mümkün olmayacaq. Burada daha çox maarifləndirilməyə üstünlük verilməlidir”.
Ağa AKİFOĞLU