Bu gün Belçikanın paytaxtı Brüssel şəhərində olan azərbaycanlı qeyri-hökumət təşkilatlarının təmsilçiləri illərdən bəri erməni əsirliyində olan Şahbaz Quliyev və Dilqəm Əsgərova azadlıq tələbi ilə aksiya keçiriblər.
Modern.az xəbər verir ki, bu barədə hazırda özü də Brüsseldə olan iqtisadçı alim Qubad İbadoğlu sosial şəbəkədəki səhifəsində foto və informasiya paylaşıb.
Aksiya iştirakçıları əllərində D.Əsgərov və Ş.Quliyevin portretlərini tutaraq beynəlxalq ictimaiyyətin diqqətini öz torpağında əsir götürülən şəxslərin taleyinə cəlb etməyə çalışıblar.
Mirmahmud KAZIMOĞLU