Modern.az

İspaniyada 50-yə yaxın gürcü oğru saxlanıldı

İspaniyada 50-yə yaxın gürcü oğru saxlanıldı

Aktual

29 Noyabr 2016, 16:24

İspaniyanın Milli Polisi genişmiqyaslı əməliyyat çərçivəsində gürcü qruplaşmasına daxil olan və mənzillərdə oğurluq edən 50-yə yaxın adamı saxlayıb.

 

Modern.az xarici KİV-ə istinadən xerir ki, saxlanmalar və axtarışlar Madrid və Barselonada keçirilib.

İstintaq hesab edir ki, qruplaşmanın üzvləri İspaniyanın müxtəlif yerli özünüidarəetmə ərazilərində 100-ə yaxın evdən oğöurluq edib.

Qruplaşma üzvlərinin Gürcüstanda da həbsinin davam edəcəyi gözlənilir.

 

Əməliyyat çərçivəsində qruplaşmanın lideri, “Spartak” ləqəbli “qanuni oğru”nun da həbsinə order verilib. Onun hazırda İtaliyada olduğu ehtimal edilir.

 

Əməliyyatda Avropa polisinin, eləcə də Fransa polisinin əməkdaşları iştirak edir. İspaniya polisinin bir neçə əməkdaşı qruplaşma üzvlərinin saxlanılması məqsədilə Gürcüstana ezam olunub.

 

 

Polsin dəyərləndirməsinə görə, bu mənzil soyğunçuluğu ilə məşğul olan ən böyük qruplaşmadır.

 

İspaniyada iyun ayında da gürcü qruplaşmasının üzvlərinin saxlanılması ilə bağlı əməliyyat keçirilib. O vaxt 18 nəfər yaxalanıb.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI