Modern.az

Ərdoğan İsraili tənqid etdi

Ərdoğan İsraili tənqid etdi

29 Noyabr 2016, 16:27

“İsraildə müsəlmanları ibadətə çağırışın - azanın məhdudlaşdırılması təhlükəli addımdır. Bu addım nəinki fələstinlilər, eləcə də bütün müsəlmanlar üçün təhqiredicidir”.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki,bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

O bildirib ki, Türkiyəyə  gərginliyin artmasına deyil, problemin nizamlanmasına töhfə verən addımlar lazımdır.

“ İsraildə son zamanlar müzakirə olunan azan məsələsini son dərəcə təhlükəli hesab edirəm. İsrailin bu addımı heç kimə xeyir verməyəcək. Biz bununla bağlı İsrailə rəsmi şəkildə narahatlığımızı bildirdik".

 

Ərdoğan həmçinin  daimi sülhün bərqərar olunması üçün bir yolun olduğunu deyib.

“O da, paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövləti yaratmaqdır”.

 

Mirmahmud KAZIMOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI