Modern.az

Fəzail Ağamalıdan Aqil Abbasa sərt CAVAB: “Səviyyəsi çatmır”

Fəzail Ağamalıdan Aqil Abbasa sərt CAVAB: “Səviyyəsi çatmır”

29 Noyabr 2016, 17:22

“Aqil Abbasın səviyyəsi ona çatmır ki, burada millət vəkillərinə dərs keçsin. Hər dəfə sanki bizi burada qabağına qoyub dərs keçir”.

Modern.az-ın xəbərinə görə, bu sözləri deputat Fəzail Ağamalı Milli Məclisin iclasında Aqil Abbasın çıxışına cavab olaraq deyib. Fəzail Ağamalı Aqil Abbası çıxışı ilə bağlı bildirib ki, belə halların qarşısı alınmalıdır: “Bu halın qarşısı alınmalıdır. Belə olmaz”.

Fəzail Ağamalı spiker Oqtay Əsədovdan Aqil Abbasın bu cür hərəkətləri ilə bağlı nəzarətin həyata keçirilməsini xahiş də edib.

 

Qeyd edək ki, Aqil Abbas bildirib: “Bu gün Azərbaycan parlamentinin ən çox söyülən deputatları mən, Fazil Mustafa və Hadı Rəcəblidir. Mənim atamın goruna sosial şəbəkələrdə 932 nəfər söymüşdü... Tahir Kərimli deyir ki, deputat maaşı alanda utanıram.

 

Ay başına dönüm, niyə utanırsan ki, əziyyət çəkib işləyirsən, maaş alırsan da... “Maaşım çoxdur” deyən deputatların maaşını azaldın da… Ay deputatlar, siz Allah bu jurnalistlərdən az qorxun. Bu gün sosial şəbəkələrdə ciddi şəkildə təhqir və böhtan var”.

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI