Modern.az

Prezidentin mühafizəçiləri YARALANDILAR

Prezidentin mühafizəçiləri YARALANDILAR

29 Noyabr 2016, 17:39

Filippin prezidenti Rodriqo Dutertenin 7 mühafizəçisi və 2 hərbçi Nyasa şəhərinə hücum zamanı yaralanıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qabaqdakı dəstəyə pusqudan hücum edilib.

 

“Prezident mühafizəsi əldəqayırma bombadan yaralanıb”, - Filippin lideri özü ölkənin şimalındakı hərbi bazalardan birindəki görüşündə deyib.

 

Duterte qeyd edib ki, buna baxmayaraq yolunu davam etdirəcək və əvvəlcədən müəyyənləşdirdiyi marşrutu dəyişmək niyyətində deyil.

 

Hücuma görə “Mayte” təşkilatının yaraqlıları şübhəli bilinir. Güc strukturlarının məlumatına görə, onlar noyabrın 28-də ABŞ-ın Maniladakı səfirliyi yaxınlığına da bomba yerləşdiriblər.

 

Duterte o zaman bəyan edib ki, yerli islamçılar İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşması ilə ittifaq giriblər.

 

Hökumət qüvvələri artıq dördüncü sutkadir ölkənin cənubunda “Mayte”nin yaraqlıları ilə atışır.

 

Noyabrın 28-də 19 terrorçunun öldürüldüyü bildirilir.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI