Deputat Məlahət İbrahimqızı “Wikipedia”da Azərbaycanın tanınmış dövlət xadimləri barəsində şər-böhtan xarakterli məlumatların qeyd olunmasına narazılığını bildirib.
Modern.az-ın xəbərinə görə, Məlahət İbrahimqızı Milli Məclisin iclasında bu yaxınlarda bir neçə dövlət xadimi haqqında belə yanlış məlumatların şahidi olduğunu deyib:
“Mən müraciət etdim, dəyişikliklər edildi. Bir neçə gündən sonra yanlış məlumatlar yenidən təkrarlandı. O cümlədən “20 Yanvar”la bağlı səhv məlumatlar var. “Wikipedia”da bunu necə tənzimləmək olar - bunu bilmirəm. Bildiyimə görə, bunu həyata keçirmək çox çətin məsələdir. Amma prokururluq əməkdaşlarına bu barədə müraciət etmək lazımdır”.
Ağa AKİFOĞLU