Modern.az

Ermənistanda müxalifətçi deputatlar silah istəyir

Ermənistanda müxalifətçi deputatlar silah istəyir

Aktual

29 Noyabr 2016, 20:02

Əgər hakimiyyətdən olan deputatların silahı varsa, onda onların müxalifətdən olan həmkarlarına da bu imkan verilməlidir. 



Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, bunu noyabrın 29-da “Depuata fəaliyyətinin təminatı haqqında” qanun layihəsinin parlamendə müzakirəsi zamanı deputat Edmon Marukyan deyib.



“Hakimiyyət deputatlarının silahları var... Yalnız ağlamağı buraxın. Hamı bilir. Özü də leqal olaraq malik olurlar, ali məmurlar onlara bağışlayırlar”, - Marukyan bəyan edib.

Onun sözlərinə görə, müxalifət deputatlarının silahı olmadığından onların evlərinin girəcəyində basqına məruz qalmalarına az rast gəlinməyib, onları orada, yaxud başqa hardasa döyüblər: 


“Əgər bilsələr ki, deputatın üzərində silah var, onlar ehtiyatlı davranacaqlar. Deputat qorunmalıdır. Ona görə ki, yeni konstitusiyaya görə parlament lqın birbaşa seçəcəyi yeganə respublika orqanı olacaq”, - deputat vurğulayıb.

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI