Modern.az

“Qarabağ” “Qəbələ” ilə matçdan 3 xalla ayrıldı      

“Qarabağ” “Qəbələ” ilə matçdan 3 xalla ayrıldı      

Aktual

29 Noyabr 2016, 21:05

Azərbaycan çempionatında 13-cü tur çərçivəsində turnir cədvəlində ilk yerləri bölüşən “Qarabağ” Qəbələnin eyniadlı komandası ilə qarşılaşıb.


Modern.az xəbər verir ki, birinci hissədə qapılara qol vurulmayıb.
İkinci hissənin 64-cü dəqiqəsində Filip Ozopic qəbələləri hesabda irəli çıxarıb.

Riçard Almeyda 86-cı dəqiqədə hesabı bərabərləşdirib. 



Oyunun əsas hissəsinə əlavə olunmuş dəqiqələrdə Dino Ndlovu “Qarabağ”ın qələbə qolunu rəqib qapısından keçirib. 

Beləliklə, Qurban Qurbanovun komandası 13 turdan sonra 31 xal toplayaraq liderliyə yüksəlib.

“Qəbələ” liderdən 3 xal geri qalır. 

 

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI