Modern.az

“Bakı-Tbilisi-Qars” dəmir yolu xətti gələn il AÇILACAQ

“Bakı-Tbilisi-Qars” dəmir yolu xətti gələn il AÇILACAQ

Aktual

29 Noyabr 2016, 21:20

"Hədəf Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin 2017-ci ilin əvvəlində istismara verilməsidir."

 

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan bildirib.

 

O deyib ki, bu layihə təkcə Türkiyə üçün deyil, region üçün önəmlidir: “Hazırda işlər ciddi şəkildə davam etdirilir. İşçilər gecə-gündüz çalışırlar. Yaşadığımız regionda mövcud bazarların dəmir yoluna ehtiyacı var. BTQ gələn ilin ilk aylarında istifadəyə verilərək ticarətin və nəqliyyatın daha yüksək səviyyəyə çatmasını təmin edəcək."

 

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI