Modern.az

“Rusiya təhlükəsi Çernobıl qəzasından da dəhşətlidir”

“Rusiya təhlükəsi Çernobıl qəzasından da dəhşətlidir”

Aktual

29 Noyabr 2016, 22:23

Ukrayna prezidenti Pyotr Poroşenko hesab edir ki, Rusiya təhlükəsi Çernobıl qəzasından daha dəhşətlidir.



Modern.az xəbər verir ki, dövlət başçısı bu bəyanatı Çernobıl Atom Elektrik Stansiyasının 4-cü enerji bloku üzərinə yeni sarkofaqa quraşdırılması ilə bağlı tədbirdə səsləndirib. 


“Hamı indi Ukrayna üçün nə qədər ağır olduğunu bilir. Heç kim təsəvvür etmək istəməzdi ki, Ukrayna üçün Çernobıl sınağından da daha pis və daha dəhşətlisi ilə üzləşə bilər”, - prezident vurğulayıb.

Onun fikrincə, indi Ukrayna müharibə şəraitində, Rusiya işğalından müdafiə olunaraq yeni konfaynment təhlükəsiz tağını qurur.

 

 

Modern.az

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI