Modern.az

İranda 134 yaşlı uzunömürlü TAPILDI

İranda 134 yaşlı uzunömürlü TAPILDI

Aktual

29 Noyabr 2016, 23:01

İranda keçirilən əhalinin ümumi siyahıya alınması zamanı 1882-ci ildə anadan olan bir kişi qeydiyyata alınıb.



Modern.az İran KİV-nə istinadən bildirir ki, Əhməd Sufi adlı 134 yaşlı uzunömürlü Kürdistan əyalətinin Sakkez şəhərində yaşayır.

Əhalisi 75 milyon olan ölkədə yaşlı sakin Kamyaran şəhərindən olan 130 yaşlı kişi hesab edilirdi.



İndi sə Sufi təkcə İranın deyil, bütün dünyanın ikinci ən uzunömürlü sakini hesab olunuacaq.

KİV Yer kürəsinin ən uzunömürlü sakinini 145 yaşlı indoneziyalı Sodimedjonu hesab edir. Onun 1870-ci ildə anadan olduğu bildirilir.



Əhmədin ailə üzvləri onu xeyirxah, hər zaman insanlara yardım etməyə hazır olan insan kimi xarakterizə edirlər. 

Onun öz övladı yoxdur, 4 uşağı övladlığa götürüb. 

Yaşlı olmasına baxmayaraq, səhhəti ilə bağlı heç bir probleminin olmadığı da vurğulanır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI